Bakıda avtomobildən pul və brilyant oğurlandıbackend

Bakıda avtomobildən pul və brilyant oğurlandı

Bakıda avtomobildən xeyli miqdarda pul və brilyant daş-qaşlar oğurlanıb.

KONKRET.AZ xəbər verir ki, hadisə oktyabrın 24-də paytaxtın Xətai rayonu, A.İsmayılov küçəsində baş verib.

Belə ki, Ağcabədi rayon sakini, 1974-cü il təvəllüdlü İ.Rəhimova məxsus “İnfiniti” markalı avtomobildən şüşəni sındırmaqla 1500 manat, 3000 avro və brilyant daş-qaşlar oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və xuliqanlıq maddələri ilə məhkum edilmiş 1991-ci il təvəllüdlü R.Şahbazov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*