Bakıda binada yanğın: Sakinlər təxliyə edildi – VİDEObackend

Bakıda binada yanğın: Sakinlər təxliyə edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə KONKRET.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən texniki otaqda elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 12 kv.m. olan texniki otağın içərisinə yığılmış əşyalar, 6 ədəd elektrik sayğacı və 5p.m. elektrik kabeli yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Yaşayış binasında yerləşən mənzillər yanğından mühafizə olunub.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*