Bakıda bu yol 3 gecə bağlanacaq – Tarixlərbackend

Bakıda bu yol 3 gecə bağlanacaq - Tarixlər

Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin Koroğlu metro stansiyasından (Piramida tərəf) Heydər Əliyev prospektinədək olan hissəsində və Bakıxanov qəsəbəsi istiqamətində təmir işləri aparılacaq.

KONKRET.az xəbər verir ki, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə aşağıdakı tarixlərdə tam məhdudiyyət tətbiq olunacaq:

21 oktyabr saat 23:00-dan 22 oktyabr saat 08:00-dək;

22 oktyabr saat 23:00-dan 23 oktyabr saat 08:00-dək;

23 oktyabr saat 23:00-dan 24 oktyabr saat 08:00-dək.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*