Bakıda “Changan” piyadanı vurub öldürdü – FOTObackend

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

KONKRET.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kişi cinsli şəxs Qış parkından əks tərəfə keçərkən onu “Changan” markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*