Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı – Videobackend

Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - Video

Paytaxtın Gəncə prospektində yaşayış binasından 24–25 metr məsafədə yerləşən, hündürlüyü 12–16, uzunluğu 140–150 metr olan sərt kəsilmiş yamacın 28–30 metrlik hissəsində sürüşmə prosesi qeydə alınıb.

KONKRET.az AZƏRTAC-a istinadla xəbər verir ki, Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev sürüşmənin səbəbini izah edib.

O bildirib ki, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində baş verib.

Ə.Əliyevin sözlərinə görə, sürüşən torpaq kütləsinin həcmi təxminən 4,5–5 kubmetr təşkil edir.

Ərazi aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və müvafiq tədbirlər görülür.


***

Bakının Xətai rayonu, Gəncə prospektində torpaq sürüşməsi baş verib.

KONKRET.az xəbər verir ki, sürüşmə nəticəsində avtomobillər torpaq qatının altında qalıb.

İctimai TV-yə istinadla həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*