Bakıda dustaq məhkəmədən QAÇDIbackend

Bakıda dustaq məhkəmədən QAÇDI

Bakıda dustaq məhkəmədən qaçıb.

KONKRET.az xəbər verir ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.

1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib.

O, prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və nəzarətsiz qalmasından istifadə edərək qaçıb.

Beş gün öncə məhkəmə zalından qaçan dustaq artıq saxlanılıb.

Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*