Bakıda ət UCUZLAŞDI – VİDEObackend

Bakıda ət UCUZLAŞDI - VİDEO

Bakıda ət 3-4 manat ucuzlaşıb.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəl 15-16 manata satılan dana ətinin kiloqramı bəzi yerlərdə 12 manata qədər düşüb.

Satıcılar deyirlər ki, son bir neçə gündə qiymətlərin enməsinin əsas səbəblərindən biri bazarda təklifin artmasıdır. Bu da heyvanların idxalı ilə əlaqəlidir.

Qeyd edək ki, əvvəlki aylarda dana ətinin qiyməti 15 manat, 15 manat 50 qəpik, quzu ətinin isə 19-21 manat arasında dəyişirdi. İndi isə dana əti 12 manata, quzu əti isə 17-18 manata alıcılara təklif edilir.

Ətraflı süjetdə:

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*