Xəbər verdiyimiz kimi, Azərbaycanda ictimai nəqliyyatda, xüsusilə də marşrut avtobuslarında gediş haqqının 1 manata qədər artırılacağı barədə məlumatlar yayılıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu barədə Tarif Şurasına müraciət edib-etmədiyini öyrənmək üçün sorğu ünvanlayıb.
AYNA tərəfindən sorğumuza heç bir mövqe bildirilməyib. Bu susqunluq, vaxtında verilməyən rəsmi açıqlama sosial şəbəkələrdə şayiələrin yayılmasına şərait yaradır.