Bakıda ötən gün 30 yaşlı gəlinini baltalayaraq qətlə yetirən şəxs tutulub.
KONKRET.AZ APA-ya istinadən xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsində 4 uşaq anası olan 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanı qayınatası – əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov ailə münaqişəzi zəminində baltalayaraq öldürüb.
Hüquq-mühafizə orqanları tərəfindən F.Məhərrəmov saxlanılıb və cinayəti etiraf edib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
