Bakıda körpənin ağciyərindən lobya toxumu çıxarıldı – VİDEObackend

Bakıda körpənin ağciyərindən lobya toxumu çıxarıldı - VİDEO

Bakıda körpənin ağciyərindən toxum formasında lobya çıxarılıb.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bunu radioloq-həkim Aydın Əliyev bildirib.

O, sosial şəbəkə hesabında yazıb ki, 1 yaş yarımlıq uşaqda uzun müddət boğulma və təngnəfəslik əlamətləri yaranıb, lakin körpənin valideynlərinin müraciət etdiyi bir neçə xəstəxanada problemin səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

A.Əliyevin sözlərinə görə, uşağın vəziyyəti pisləşdiyi üçün valideynlər daha sonra bir tanışının məsləhəti ilə pediatr Camal həkimə müraciət ediblər:

“Uşaq 10-12 gün öncə boğulma və təngnəfəslik keçirib. Valideynlər bir neçə dəfə xəstəxanaya müraciət etsələr də, nəticə əldə olunmayıb. Daha sonra tanışının məsləhəti ilə övladlarını dəyərli pediatrımız Camal həkimin yanına gətiriblər”.

Radioloq bildirib ki, rentgen və kompüter tomoqrafiya (KT) müayinələri nəticəsində uşğaın ağciyərində yad cisim aşkarlanıb: “Müayinələrdə yad cisim şübhəsi öz təsdiqini tapdı. Nəticədə, 1 yaş yarımlıq uşağın ağciyərindən lobya toxumu çıxarıldı”.

A.Əliyev bu hadisə ilə bağlı həmkarlarına və valideynlərə vacib xəbərdarlıq edib. O vurğulayıb ki, xüsusilə azyaşlı uşaqlarda təngnəfəslik, boğulma və öskürək kimi hallar zamanı anamnestik məlumatların – yəni, uşağın keçmişdə başına gələn hadisələrin, yediyi qidaların, oynadığı əşyaların diqqətlə öyrənilməsi çox önəmlidir:

“Hər bir həkim üçün xəstə haqqında ətraflı anamnestik məlumat toplamaq çox vacibdir. Bəzən diaqnozun açarı elə həmin məlumatlarda gizlənir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*