Bakıda kafelərdən birində kütləvi davada ölən şəxsin kimliyi bəlli olub.
O, “Ceyhun Sabunçu” kimi tanınır.
Qətlə yetirilən Ceyhun adlı şəxsin fotosu:

Xatırladaq ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
23 oktyabrda gecə tərəflər arasındakı bıçaqlı davada bir nəfər həyatını itirib, bir neçə nəfərin yaralandığı bildirilir.
***
Bakıda kafelərdən birində kütləvi dava baş verib.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra tərəflər bir-birilərinə bıçaqla hücum ediblər.
Bir nəfər həyatını itirib.
Hadisənin görüntülərini təqdim edirik:
