Bakıda Lənkəranskinin qardaşının restoranında ƏMƏLİYYAT – 10 nəfər tutuldubackend

Bakıda Lənkəranskinin qardaşının restoranında ƏMƏLİYYAT - 10 nəfər tutuldu

Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin Bakıdakı restoranında əməliyyat keçirilib.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 14-də N.Canıyev və Rövşən Lənkəranskinin yaxın adamları Bakıda yerləşən “Neon” şadlıq sarayında toplanıblar.

Həmin zaman insident yaşanıb və hüquq mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirərək oradakı şəxsləri saxlayıblar.

Məlumata görə, sabiq gömrük polkovniki Namiq Canıyevlə birgə təxminən 10 nəfər tutulub. Daha sonra N.Canıyev sərbəst buraxılıb.

Digər şəxslərlə bağlı hazırda araşdırma davam etdirilir.

“Neon” şadlıq sarayının Lənkəranskinin ailəsinə məxsus olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*