Paytaxtın Nərimanov rayonunda yerləşən marketlərin birindən ümumi dəyəri 5000 manat olan spirtli içkilər və tütün məmulatları oğurlanıb.
KONKRET.az xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Əlfəddinzadə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, dəfələrlə müxtəlif vaxtlarda həmin marketdən oğurluq edib.
Araşdırmalar davam etdirilir.

