Bakının Suraxanı rayonunda maşın ağaca çırpılıb.
KONKRET.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Tehran Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Avtomobil yolun sağ hissəsindəki ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1981-ci il təvəllüdlü Eşqin Qasımov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
