Bakıda müdir maaşını istəyən işçisini döydübackend

Bakıda müdir maaşını istəyən işçisini döydü

Hadisə Nəsimi rayonu ərazisində yerləşən “Dəniz Pub” restoranında qeydə alınıb.

KONKRET.az xəbər verir ki, restoranın inzibatçısı olan 45 yaşlı İ. Paxomovla ofisiant arasında əmək haqqının verilməməsi üstündə mübahisə yaranıb.

Gecə saat 2 radələrində yaranan mübahisə zamanı Paxomov əməkhaqqı tələb edən işçinin başına əli ilə zərbələr vurub. Nəticədə zərərçəkənin gicgah nahiyələrində xəsarətlər yaranıb.

Fakt əsasında inzibatçı barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və zərərçəkəndən üzr istədiyini deyib. Zərərçəkən ofisiant da həmçinin inzibatçıya qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət işinə verilib və İ. Paxomov məsuliyyətdən azad olunub./Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*