Bakıda universitet müəlliminin velosipedi oğurlanıb.
KONKRET.AZ xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Z.Əhmədbəyov küçəsində qeydə alınıb.
Moskva Dövlət Universitetinin Bakı filialının müəllimi, Rusiya vətəndaşı, 1965-ci il təvəllüdlü Yuriy Şirkova məxsus 800 manat dəyərində velosiped naməlum şəraitdə oğurlanıb.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.
