Bakıda narkotik satan qadın və tanışı tutuldu – FOTObackend

Bakıda narkotik satan qadın və tanışı tutuldu - FOTO

Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı, həmçinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Babayev və onun tanışı Anara Ağayeva saxlanılıb. Elman Babayevin üzərində şəxsi axtarış aparılan zaman ondan iki qrama yaxın heroin və bir qram psixotrop maddə metamfetamin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq hər iki şəxsin birgə yaşadığı mənzilində aparılan axtarış zamanı Elman Babayevdən 2 kiloqram 460 qram heroin, Anara Ağayevadan isə 940 qram metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər adı istintaqa məlum olmayan qonşu ölkələrdən birində yaşayan Məhəmməd adlı şəxsin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Sumqayıt şəhərində qəbul ediblər və satışını təşkil etmək istəyiblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*