Bakıda oteldə qadın müğənnini qətlə yetirən şəxs TUTULDU – YENİLƏNİB – RƏSMİbackend

Bakıda oteldə qadın müğənnini qətlə yetirən şəxs TUTULDU - YENİLƏNİB - RƏSMİ

İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə KONKRET.az-a Nizami rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.

***

11:06

Bir neçə gün öncə Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Mirzəyeva Aygün Vaqif qızı 8-ci kilometr qəsəbəsində yerləşən hotellərin birinin hamam otağında olarkən ona şəxsiyyəti hələlik naməlum olan şəxs 23 bıçaq zərbəsi vurulub.

Məlumata görə yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, Aygün Mirzəyeva müğənni olub./32gun.news/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*