Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 40 ünvanında piyada səki¬sində aparılan qanunsuz tikinti-quraşdırma işləri dayandırılıb.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında sözügedən ünvanda araşdırma aparıb.
Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı ərazidə şəhərsalma tələblərinin pozulduğu, piyadaların sərbəst hərəkətinə maneə yaradan qanunsuz tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilib.
Məsələ ilə bağlı müvafiq tədbirlər görülərək qanunsuz tikinti işləri dayandırılıb. Hazırda özbaşına quraşdırılmış konstruksiyanın sökülməsi və piyada səki¬sinin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər davam etdirilir.
Komitə şəhərsalma norma və qaydalarına riayət olunması, ictimai məkanların qorunması, eləcə də rahat və əlçatan şəhər mühitinin təmin edilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə ictimai nəzarətin əhəmiyyətini qeyd edib.

