Bakıda evdən pul və qızıl oğurlayan gənclər tutuldubackend

Bakıda evdən pul və qızıl oğurlayan gənclər tutuldu

Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, iyulun 18-dən 21-dək olan müddət ərzində Səbail rayonu, Badamdar qəsəbəsi, S. İbrahimxəlilov küçəsində yerləşən evlərdən birindən 40 dollar və 4 min manatlıq qızıl oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlülər – Cəsur Həsənov və Elcan Abdullazadə Səbail RPİ 41-ci PB əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*