Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldıbackend

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib.

46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub. Buna səbəb isə gəlinin pəncərəni gec bağlaması olub. Gəlininin belə etməsini özünə sığışdırmayan qadın əsəbiləşərək, məlum hadisəni törədib.

Fakt əsasında Z. Tağıyeva saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs dəymiş zərəri ödədiyini və zərərçəkənlə barışdığını bildirib.

Zərərçəkən də həmçinin qayınanasına qarşı şikayətçi olmadığını deyib.

Məhkəmə cinayət işinə xitam verib və Zəhra Tağıyeva məsuliyyətdən azad olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*