Bakıda şəhid kapitanın məzarına qarşı vandalizm – VİDEObackend

Bakıda şəhid kapitanın məzarına qarşı vandalizm - VİDEO

Şəhid pilot Xəyyam Əliyevin atası Əlixan Əliyev oğlunun Əmircan qəsəbəsində yerləşən məzarının vandalizmə məruz qaldığını bildirib.

KONKRET.az xəbər verir ki, Atanın sözlərinə görə, 4 ildir böyük diqqət və sevgi ilə qulluq edilən qəbiristanlıqdakı dekorativ güllər məhv edilib, oturacaq yerindən qoparılaraq yararsız hala salınıb, güldanlar isə yerə atılıb.

Əlixan Əliyev baş verən bu xoşagəlməz hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına müraciət etdiyini qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kapitanı olan Xəyyam Əliyev 30 noyabr 2021-ci ildə Sərhəd Xidmətinin (DSX) “Mi-17” tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*