Bakıda təcili yardım maşını piyadanı vuraraq öldürdübackend

Bakıda təcili yardım maşını piyadanı vuraraq öldürdü

Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsindən olan bir piyadanı vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*