Səbail rayonu ərazisində bir nəfərə məxsus 900 manat dəyərində təmir-tikinti aləti talanıb.
KONKRET.az DİN-ə istinadla xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən C. Xasməmmədov və F. Abdullayev müəyyən edilərək saxlanılıblar.
Sumqayıt şəhərində isə ayrı-ayrı vaxtlarda bir nəfərin itirdiyi bank kartından, digərinin isə ödəmə terminalından maddi vəsaitlərini oğurlamaqda şübhəli bilinən 20 yaşlı N.Niftalıyev və 24 yaşlı F.Əliyev tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
