Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əsginas təqdim edən sürücü saxlanıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Noyabrın 29-da saat 07:00 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində 1 ədəd 100 manatlıq saxta əsginas təqdim etmiş “Mitsubishi” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.Ziyəddinov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə 32-ci Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.