Bakıda yol vermədiyi üçün federasiyanın sürücüsünü döyərək öldürən şəxsin FOTOSU – YENİLƏNİBbackend

Bakıda yol vermədiyi üçün federasiyanın sürücüsünü döyərək öldürən şəxsin FOTOSU - YENİLƏNİB

Bakının Nərimanov rayonunda yol vermədiyi üçün sürücünü döyən şəxsin fotosu yayılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.

45 yaşlı Məmmədov Səxavət Səfər oğlu “Mercedes” markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü onun qarşısını kəsib.

“Chevrolet”in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar. Polisin keçirdiyi əməliyyat zamanı Nahid Cəbiyev qətldə şübhəli bilinərək saxlanılıb.

Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qətlə səbəb sürücülərdən birinin digərinə yol verməməsi olub.

Nəticədə sürücülər arasında əlbəyaxa dava yaranıb.

***

24.06.2021

20:58


Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.

45 yaşlı Məmmədov Səxavət Səfər oğlu Azərbaycan Avtomobil Federasiyasına məxsus “Mercedes” markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü onun qarşısını kəsib. “Chevrolet”in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar.

Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*