Bakıda 107 saylı marşrut xətti ilə hərəkət edən avtobus eyni istiqamətdə olan yük maşınının arxasına çırpılıb.
KONKRET.az lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.
Qəza zamanı avtobusda sərnişinin olmadığı bildirilib.
Buna baxmayaraq, avtobusa ciddi ziyan dəyib.
