Bakıda torpaqlar evlərdən daha sürətlə bahalaşır.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesablamalarına əsasən, 2026-cı ildə torpaqların qiyməti 17 faiz artıb. Bahalaşma paytaxtın müxtəlif rayonları üzrə fərqli dinamika göstərir.
Bəs torpağın belə bahalaşmasına səbəb nədir?
Sualımıza cavab olaraq Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bir ildə Bakı şəhərində torpaqların qiymətində bahalaşma var:
“Ən yüksək artım Səbail 28.6 faiz, Yasamal 25.6 faiz, Nəsimi 23.1 faiz bahalaşma var. Bundan başqa Suraxanı, Pirallahi, Qaradağda da torpaqlarda bahalaşma hiss olunub. Torpaq qiymətləri insan sayı artdıqca bahalaşır. Hazırda tikinti üçün də torpaq sahələrinin tapılması çətinləşib”.
Ekspert qeyd edib ki, ilin sonuna qədər torpaq sahələrinin qiymətində təxminən 8 faizə qədər artım olacaq. Üstəlik bahalaşmanın gələn il də davam edəcəyi bildirilir.
