Bali sahillərində 131 sərnişinin olduğu bərə yanır – VİDEObackend

Bali sahillərində 131 sərnişinin olduğu bərə yanır - VİDEO

Bali sahillərində sərnişin bərəsində güclü yanğın baş verib.

KONKRET.az xəbər verir ki, hadisə zamanı gəminin göyərtəsində 131 nəfərin olduğu bildirilir. Alov gəmini tamamilə bürüyüb, tüstü sütunları isə bir neçə kilometr məsafədən görünür.

Məlumata görə, sərnişinlərin əksəriyyəti yaxınlıqdakı gəmilər və xilasedici xidmətlərin əməkdaşları tərəfindən təxliyə edilib. Xilasetmə və təxliyə əməliyyatı davam edir.

Hazırda hadisə nəticəsində ölən və yaralananların sayı barədə məlumat verilmir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*