Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Bakıda kriminal aləmin nümayəndələrinə qarşı əməliyyatı hansı obyektdə keçirdiyi məlum olub.
KONKRET.az-ın report-a istinadən xəbərinə görə, əməliyyat Xətai rayonundakı “Qarabağ” restoranında keçirilib.
Restoran rəhbərliyinin karantin qaydalarını pozduğuna görə cərimələnəcəyi gözlənilir.
***
13:58
Bakıda gecə saatlarında restoranların birində kriminal aləmin nümayəndələrinin toplantısı keçirilib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (Bandotdel) əməkdaşları həmin toplantıya basqın edib.
Əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.
Hazırda əməliyyat tədbirləri davam etdirilir.