“Bandotdel”dən ƏMƏLİYYAT – Bu nazirliyin əməkdaşları rüşvət alarkən SAXLANILDI – YENİLƏNİBbackend

“Bandotdel”dən ƏMƏLİYYAT - Bu nazirliyin əməkdaşları rüşvət alarkən SAXLANILDI - YENİLƏNİB

Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirməsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov açıqlama verib:

“Əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyat Kənd Təsərrüfatı Nazirliyinin müraciəti və təşəbbüsü əsasında keçirilir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq”.

***

13:10


Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Kənd Təsərrüfatı Nazirliyinin bir sıra qurumlarında əməliyyat keçirib.

KONKRET.az unikal.org-a istinadən xəbər verir ki,  subsidiyaların verilməsində, rüşvət tələb etdikləri üçün nazirliyin bır sıra əməkdaşları saxlanılıb.Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı Unikal.org-a təsdiqləyib. O, bildirib ki, yaxın saatlarda ictimaiyyətə əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*