Bankdan zəng gəlirsə, diqqətli olun – Mütəxəssisdən XƏBƏRDARLIQbackend

Bankdan zəng gəlirsə, diqqətli olun – Mütəxəssisdən XƏBƏRDARLIQ

Son günlər bəzi vətəndaşlar banklardan telefon zəngi aldıqlarını və onlardan şəxsi məlumatların tələb olunduğunu bildirirlər.

Bu hallar cəmiyyətdə narahatlıq yaradıb və şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurub. Bəs doğrudan da banklar telefon vasitəsilə vətəndaşdan bu cür məlumatları tələb edə bilərmi?

İcra hakimiyyətləri ləğv edilməli, idarəetmə yenidən qurulmalı, hamının fəaliyyəti ölçülməlidir" - MÜSAHİBƏ - FED.az

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, bank telefonla vətəndaşdan şəxsi məlumat tələb edə bilməz:

“Əgər şəxs həmin bankın müştərisidirsə, onun bütün zəruri məlumatları – şəxsiyyət vəsiqəsinin FİN kodu, doğum tarixi, bank hesabları və digər informasiyalar artıq sistemdə mövcuddur. Bu səbəbdən bankın vətəndaşdan əlavə məlumat istəməsi şübhəli hal sayılmalıdır”.

Mütəxəssis qeyd edir ki, belə hallarla qarşılaşan vətəndaşlar dərhal bankla əlaqə saxlamalı, daha sonra isə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Asif İbrahimov əlavə edib ki, bank tərəfindən aparılan məlumat dəqiqləşdirmələri yalnız təhlükəsizlik məqsədi daşıyır:

“Hazırda bank sistemlərində informasiya təhlükəsizliyinin təmin olunması üçün bir sıra qabaqcıl texnologiyalar tətbiq edilir. Bunlardan biri də SİMA biometrik tanıma sistemidir. Bu sistem banklara şəxsiyyətin identifikasiyasını daha dəqiq və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*