Barış Mançonun oğlunun atası ilə bağlı bu sözləri hər kəsi kövrəltdi – FOTObackend

Barış Mançonun oğlunun atası ilə bağlı bu sözləri hər kəsi kövrəltdi - FOTO

Mahnıları və sevgi dolu rəftarı ilə bütün Türkiyənin könlünü fəth edən Barış Mançonun DJ oğlu Doğukan Manço qonaq olduğu proqramda atası ilə bağlı diqqətçəkən açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, Hülya Koçyiğitin aparıcılıq etdiyi “Film Gibi Həyatlar” verilişinə qonaq olan məşhur 1999-cu ildə itirdiyi atası ilə bağlı bayram xatirələrini danışıb.

“Sizə gözəl bir bayram xatirəsi demək istərdim. Amma çox təəssüf ki, atamın iş həyatına görə belə bir xatirəmiz olmadı. Bayramda atamızdan ayrıldıq. Atamın adətən iş qrafiki olduğundan bayramları evdə anamızla keçirirdik. Ona görə də bayram xatirələrim yoxdur. Bu, əslində mənim üçün çox üzücüdür. Biz atamızı televizordan izləyirdik”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*