Baş Prokurorluq polisin ölümü ilə bağlı AÇIQLAMA YAYDIbackend

Baş Prokurorluq polisin ölümü ilə bağlı AÇIQLAMA YAYDI

Baş Prokurorluq Cəbrayıl Rayon Polis Şöbəsinin polis serjantı Toğrul Mədətlinin bədbəxt hadisə nəticəsində ölümü ilə bağlı məlumat yayıb.

Prokurorluğun Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 02 radələrində 1998-ci il təvəllüdlü Cəbrayıl Rayon Polis Şöbəsinin polis serjantı Toğrul Mədətlinin meyitinin Xocavənd rayonunun Binə Dərəsi kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna getmiş və rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölüb.

Faktla bağlı hazırda Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*