Baş Prokurorluq: “Polisin ölümü ilə bağlı araşdırmalar aparılır”backend

Baş Prokurorluq: "Polisin ölümü ilə bağlı araşdırmalar aparılır"

Sumqayıt Şəhər Prokurorluğunda polis əməkdaşı Rahib Mütəllimovun ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölümü ilə bağlı araşdırmalar aparılır.

Bu barədə KONKRET.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib.

Qeyd edək ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin polis baş serjantı R.Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*