Baş Prokurorluqdan Əfqan Nağıyevlə bağlı AÇIQLAMAbackend

Baş Prokurorluqdan Əfqan Nağıyevlə bağlı AÇIQLAMA

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

KONKRET.az-a Baş Prokurorluqdan verilən məlumata görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, Ə.Nağıyev və Sahil-Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*