“Bavariya” Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdibackend

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

“Bavariya” futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq.

KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Vensan Kompaninin sağlamlığı bizim üçün əsas prioritetdir. Onun tezliklə sağalması üçün əlimizdən gələni edəcəyik. O, bütün lazımi tibbi yardım və dəstəyi, eləcə də sağalması üçün tələb olunan vaxtı alacaq. Onun vəzifələrini tam etibar etdiyimiz məşqçilər korpusu icra edəcək. “Bavariya”da hər kəs ona tezliklə sağalmağı arzulayır”, – deyə klubun idman direktoru Maks Eberl bildirib.

Daha əvvəl Kompaninin klubun məşq bazasında huşunu itirdiyi və helikopterlə xəstəxanaya çatdırıldığı məlum olub. Bildirilib ki, mütəxəssis son vaxtlar virus infeksiyasından əziyyət çəkib, lakin simptomlara baxmayaraq, tam gücü ilə işləməyə davam edib.

40 yaşlı Kompani 2024-cü ilin mayında “Bavariya”ya rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında komanda iki dəfə Almaniya çempionu olub, Almaniya Superkubokunu iki dəfə qazanıb və ölkə kubokunun qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*