Bayden Menendezi əfv etmədibackend

Bayden Menendezi əfv etmədi

Bayden keçmiş senator və ermənipərəst siyasətçi Bob Menendezi bağışlamayıb. Erməni lobbisinin “oyuncağı” indi Donald Trampa müraciət etmək niyyətindədir.

KONKRET.az “NBC News”a istinadən xəbər verir ki, Korrupsiya ittihamı ilə mühakimə olunan Menendez, siyasi motivli ədavətə baxmayaraq, Trampdan kömək gözləyir. Nyu Cersidən olan keçmiş senator Menendez dəfələrlə prezident Baydenə əfv edilməsiylə bağlı müraciət etsə də, həmişə rədd cavabı alıb. Menendezin adı Baydenin əfv siyahıdına daxil edilməyib və bütün ümidlərini Trampa bağlayıb.

Xatırladaq ki, iyul ayında korrupsiyada ittiham olunan Menendezi 15 il müddətində həbs cəzası gözləyir.Menendesə yanvarın 29-da hökm oxunacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*