Bayramda istirahət planlaşdıranların NƏZƏRİNƏ: Bu bölgələr daha ucuzdurbackend

Bayramda istirahət planlaşdıranların NƏZƏRİNƏ: Bu bölgələr daha ucuzdur

“Bayram günlərində səyahət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Ard-arda gələn qeyri-iş günlərindən istifadə edən vətəndaşlar həm ölkə daxilinə, həm də xaricə səfərlərə üstünlük verirlər. Ənənəvi olaraq, daxili turizm yenə də populyarlığını qoruyur. Bu isə istirahət mərkəzlərinə və fərdi evlərə olan tələbatı artırıb”.

Bu fikirləri turizm eksperti Ceyhun Aşurov KONKRET.az-a açıqlamasında səsləndirib:

Biz COP29-dan doğru faydalanmalıyıq"- Ceyhun Aşurov

“Artan marağa baxmayaraq, bu il sevindirici hal ondan ibarətdir ki, əvvəlki illərlə müqayisədə kirayə evlərin, kənd evlərinin və villaların sayı çoxalıb. Bu isə qiymətlərin kəskin bahalaşmasının qarşısını qismən alır.
Buna baxmayaraq, artıq formalaşmış turizm infrastrukturu olan bölgələrdə, xüsusilə də xarici turistlərin üstünlük verdiyi ərazilərdə qiymətlər nisbətən yüksəkdir. Qəbələ, Şəki, Quba və Qusar kimi məşhur istiqamətlərdə istirahət və qalmaq digər bölgələrlə müqayisədə daha baha başa gəlir”.

Ekspert vurğulayıb ki, əvəzində Lənkəran, Gəncə və digər cənub-qərb bölgələri həm qiymət, həm də rahatlıq baxımından daha əlverişli hesab olunur.

“Bu bölgələrdə qidalanma, əyləncə və qalmaq imkanları daha münasib qiymətlərlə təklif edilir. Xüsusilə Gəncə şəhərinə sürətli qatarla nəqliyyatın təmin olunması bu istiqamətə olan marağı artırıb. Yerli turistlərin sayının çox olması da qiymətlərin sabit qalmasında mühüm rol oynayır”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*