BDU-da rektor müşavirinin bıçaqlanmasının SƏBƏBİ BİLİNDİ – FOTO – YENİLƏNİB-2backend

BDU-da rektor müşavirinin bıçaqlanmasının SƏBƏBİ BİLİNDİ - FOTO - YENİLƏNİB-2

Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevin bıçaqlanmasının təfərrüatı açıqlanıb. 

KONKRET.az xəbər verir ki, hadisəyə səbəb BDU-nun iki əməkdaşını bıçaqlamaqda şübhəli bilinən İsmixan Mirzəyevin əmək müqaviləsini uzadılmaması göstərilib./oxu.az/

Faktla bağlı araşdırmalar aparılır.

***

14:57 

“Bakı Dövlət Universitetdə baş verən bıçaqlanma hadisəsindən məlumatlıyıq”.

KONKRET.az xəbər verir ki, nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

E.Hacıyev bildirib ki, hadisəni törədən şəxs keçirilən təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri ilə müəyyən olunaraq saxlanılıb:

“Hadisənin təfərrüatları araşdırılır. Mirzə Mirzəyevi 1963-cü il təvəllüdlü İsmixan Mirzəyev bıçaqladığı müəyyən edilib.  Yaralı Mirzə Mirzəyevin vəziyyəti qənaətbəxşdir”.

*** 

13:30

BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və universitetin komendantı  Şahlar Bəgalıyev bıçaqlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Bakı Dövlət Universitetində baş verib.

Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.

Əlavə məlumat veriləcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*