BDU-nin tələbəsinin ölümü ilə bağlı məhkəmə başladıbackend

BDU-nin tələbəsinin ölümü ilə bağlı məhkəmə başladı

Yasamal Rayon Məhkəməsində səhlənkarlıq nəticəsində ölümə səbəb olmaqda təqsirləndirilən həkim Ramiz Cəfərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

KONKRET.az xəbər verir ki, hakim Hüseyn Səfərovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyunun 9-a təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 21-də Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri – 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı zəhərlənmədən vəfat edib. Onun otaq yoldaşları – 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının zəhərlənmə diaqnozları ilə xəstəxanaya yerləşdiriliblər.

Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Fakta görə Bakı Şəhər Prokurorluğunda fakt üzrə cinayət işi başlanıb.

Bakı təcili tibbi yardım stansiyasının çağırışa gedən həkimi Ramiz Cəfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ititham verilib və ayrıca icraata götürülüb.

Ş.Xasmətovanın atası Faiq Xasmətovun hüquqlarını müdafiə edən vəkil Türkel Süleymanlı “Report”a bildirib ki, ittihama görə, həkim R.Cəfərov və tibb bacısı onlara müayinə zamanı sonradan qanlarında tapılan dimedrol inyeksiyası ediblər və yalnız şifahi olaraq onlara özləri ilə birlikdə xəstəxanaya getmələrini bildiriblər. Tələbələr inyeksiyadan sonra vəziyyətlərinin yaxşılaşacağına inanaraq, bundan imtina ediblər. Həkim onları xəstəxanada yatırmaqda israr etməyib və onları nəzarətsiz qoyub.

Növbəti gün səhər saatlarında yenidən təcili yardım çağırılan zaman isə Ş.Xasmətova artıq həyatını itirib.

Vəkilin sözlərinə görə, ekspertiza Ş.Xasmətovanın dəm qazından zəhərlənməsi barədə rəy verib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*