Bədənimizdə hansı vitaminin çatışmadığını necə bilmək olar?backend

Bədənimizdə hansı vitaminin çatışmadığını necə bilmək olar?

Bədənimiz saat kimi işləyən mürəkkəb bir sistemdir və onun düzgün fəaliyyət göstərməsi üçün müxtəlif vitaminlərə ehtiyacı var. Çox vaxt yorğunluq, saç tökülməsi, dəri problemləri və ya əhval-ruhiyyənin dəyişməsi kimi gündəlik şikayətləri stress və ya yorğunluqla əlaqələndiririk. Halbuki, bu əlamətlər bədəndə müəyyən vitamin çatışmazlığının göstəricisi ola bilər. Bəs hansı vitamin çatışmazlığı özünü necə biruzə verir? 

 

KONKRET.az müxtəlif vitaminlərin çatışmazlığının simptomları haqqında ətraflı məlumatı təqdim edir:

Vitamin A çatışmazlığı

Göz sağlamlığı, immun sistemi və dəri üçün vacibdir.

Əlamətləri:

Gecə görmənin zəifləməsi (toyuq korluğu);

Dərinin quruması və qabıq verməsi;

İmmunitetin zəifləməsi və tez-tez xəstələnmə;

Saçların cansız və quru olması.

B qrupu vitaminləri (B1, B2, B3, B6, B12 və s.)

Sinir sistemi, metabolizm və enerji istehsalı üçün vacibdir.

Əlamətləri:  

Daimi yorğunluq və halsızlıq (B12, B1 çatışmazlığı);

Dodaqlarda çatlar, ağız kənarında yaralar (B2 çatışmazlığı);

Sinir sistemində problemlər: əsəbilik, depressiya, diqqət yayınması (B6, B12 çatışmazlığı);

Qansızlıq (anemiya), xüsusilə B12 çatışmazlığı zamanı.

Vitamin C çatışmazlığı

İmmunitet üçün güclü dəstəkçi, dəri və damar sağlamlığı üçün vacibdir.

Əlamətləri:  

Tez-tez soyuqdəymə və infeksiyalar;

Diş ətlərinin qanaması və dişlərin zəifləməsi;

Yaraların gec sağalması;

Dərinin solğun və cansız görünməsi.

Vitamin D çatışmazlığı

Sümük sağlamlığı və immun sistemi üçün əsasdır.

Əlamətləri: 

Sümüklərdə və əzələlərdə ağrılar;

Tez-tez yorğunluq və əhval-ruhiyyənin düşməsi;

İmmunitetin zəifləməsi;

Uşaqlarda raxit, böyüklərdə osteoporoz riski.

Vitamin E çatışmazlığı

Güclü antioksidantdır, hüceyrə yenilənməsi və dəri sağlamlığı üçün vacibdir.

Əlamətləri:

Dərinin və saçların quruması;

Görmə problemləri;

Əzələ zəifliyi və koordinasiya problemləri;

İmmunitetin zəifləməsi.

Vitamin K çatışmazlığı

Qanın laxtalanması və sümük sağlamlığı üçün əsasdır.

  Əlamətləri: 

Xırda zədələrdən sonra uzun müddət qanaxma;

Bədəndə asanlıqla göyərmələrin əmələ gəlməsi;

Sümük zəifliyi və sınıq riskinin artması.

Fol turşusu (B9) çatışmazlığı

DNT sintezi və qırmızı qan hüceyrələrinin istehsalı üçün vacibdir.

Əlamətləri:  

Qansızlıq (anemiya) və başgicəllənmə;

Hamiləlik zamanı dölün inkişaf problemləri;

Yorğunluq, zəiflik və diqqət problemləri;

Ağızda yaralar və dilin qızarması./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*