Bədənşəkilləndirmə edənlər mütləq oxusun: İslam dinində deyilir ki… – VACİB NÜANSbackend

Bədənşəkilləndirmə edənlər mütləq oxusun: İslam dinində deyilir ki... - VACİB NÜANS

Son illər dünyada və ölkəmizdə estetik əməliyyatlara maraq sürətlə artıb. İnsanlar, xüsusilə də gənclər arasında bədən formasını dəyişmək, görünüşünü “ideal” hala gətirmək meyli geniş yayılıb. Bəzi hallarda bu əməliyyatlar tibbi zərurətdən irəli gəlsə də, çox vaxt sadəcə zövq və diqqət cəlb etmək məqsədi daşıyır. Bəs İslam dini bu məsələyə necə yanaşır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, Qurana görə Allah insanı ən gözəl biçimdə yaradıb və bu yaradılışda heç bir nöqsan yoxdur.

QMİ-nin səlahiyyətləri Dini Komitəyə verilməlidir - Tural İrfan | Hafta.az

Onun sözlərinə görə, bəzi insanların doğuşdan yaranan fiziki qüsurları və ya qəzalar nəticəsində meydana çıxan bədən pozğunluqları tibbi və cərrahi yolla aradan qaldırıla bilər:

“Belə hallarda din icazə verir ki, insanın bədənindəki nöqsan sağlamlıq və normal görünüşün bərpası üçün aradan qaldırılsın. Bu, insanın səhhətinə və psixoloji durumuna müsbət təsir göstərir”.

Lakin ilahiyyatçı qeyd edib ki, hər hansı tibbi zərurət olmadan, yalnız zövq və görüntü məqsədilə edilən bədən dəyişiklikləri İslamda haram sayılır:

“Sadəcə diqqət cəlb etmək və ya gözəllik naminə edilən dəyişikliklər Allaha qarşı üsyan kimi qiymətləndirilir. Allah bədəni insana əmanət verib. Onun yaratdığına irad tutmaq düzgün deyil. Bu cür müdaxilələr həm mənəvi, həm də fiziki cəhətdən zərərlidir”.

Tural İrfan əlavə edib ki, belə əməliyyatların nəticəsi çox vaxt müvəqqəti olur və gələcəkdə insanın səhhətinə ciddi problemlər yarada bilər:

“Quranda buyurulur ki, özünüzü bilərəkdən təhlükəyə atmayın. Gələcəkdə sağlamlığa zərər verə biləcək əməl seçmək də İslama görə günah sayılır”.

Beləliklə, İslam baxımından bədənə cərrahi müdaxilə yalnız tibbi zərurət olduqda halal, zövq və görüntü məqsədilə edildikdə isə haram hesab olunur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*