Varşava Belarusla sərhəddə patrul xidməti üçün Bayraktar pilotsuz təyyarələrindən istifadə edəcək.
KONKRET.az bildirir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığından məlumat verilib.
Sərhəd qoşunlarının gücləndirilməsi xüsusi əməliyyat çərçivəsində həyata keçirilir.
“Bu pilotsuz təyyarələr sərhəd zonasının gecə-gündüz monitorinqini aparmağa, sərhədi qanunsuz keçmə cəhdlərini müəyyən etməyə və kəşfiyyat məlumatlarını operativ şəkildə ötürməklə quru qoşunlarının hərəkətlərini dəstəkləməyə imkan verir”, – komandanlıq vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az