COP29-da iştirak üçün Azərbaycanda səfərdə olan Belçika Krallığının Baş naziri Aleksandr De Kro Bakı bulvarında idman edib. Baş naziri Belçikanın Azərbaycandakı səfiri Julyen De Fraypont da müşayiət edib.
KONKRET.az xəbər verir ki, bu barədə səfir X hesabında paylaşım edib.
“Bakı bulvarında səhər tezdən Baş nazir Aleksandr De Kro ilə qaçış”, – səfir yazıb.