Bələdiyyə sədrinin ölümü ilə bağlı RƏSMİ MƏLUMATbackend

Bələdiyyə sədrinin ölümü ilə bağlı RƏSMİ MƏLUMAT

İsmayıllı rayon prokurorluğu Göyçay rayonu, Bəydövül kənd Bələdiyyəsinin sədrinin ölümü ilə bağlı məlumat yayıb.

KONKRET.az-a daxil olan məlumata görə, yanvarın 6-da saat 14 radələrində 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyitinin İvanovka kəndi ərazisində aşkar edilməsi barədə İsmayıllı rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və zəruri olan digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda ölümün səbəbinin müəyyən edilməsi və hadisənin təfərrüatlarının aydınlaşdırılması məqsədilə İsmayıllı rayon prokurorluğunda araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*