Bələdiyyə torpaqları ilə bağlı yayılan yanlış fikirlərə AYDINLIQ GƏTİRİLDİbackend

Bələdiyyə torpaqları ilə bağlı yayılan yanlış fikirlərə AYDINLIQ GƏTİRİLDİ

Bələdiyyə mülkiyyətində olan ev və torpaq sahələrinin vətəndaşların adına keçirilməsi məsələsi vaxtaşırı müzakirə mövzusuna çevrilir. Bir çox şəxslər bələdiyyə tərəfindən verilən torpaq və ya evlərin sonradan özəl mülkiyyətə çevrilib-çevrilməyəcəyi ilə maraqlanırlar.

Bəs qanunvericilik buna hansı hallarda imkan verir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Etibar Qarayev bildirib ki, bələdiyyə torpaqlarının şəxslərin mülkiyyətinə verilməsi bələdiyyələrin səlahiyyətlərinə aid deyil.

“Bələdiyyə torpağı şəxsin mülkiyyətinə verilmir. O, elə bələdiyyənin də mülkiyyətində qalır. Vətəndaşların müəyyən müddət ərzində bələdiyyə torpaqlarına sahiblik etmək hüququ var”, – deyə vəkil qeyd edib.

Etibar Qarayev vurğulayıb ki, bələdiyyə torpaqları ilə bağlı hər hansı hüquqi əməliyyat həyata KEÇİRİLəRKəN qanunvericiliyin tələblərinə əməl olunmalı, vətəndaşlar mülkiyyət ilə istifadə hüququ arasındakı fərqi nəzərə almalıdırlar.

Qeyd edək ki, bələdiyyə torpaqlarının idarə olunması və onlardan istifadə qaydaları Azərbaycan Respublikasının torpaq və bələdiyyə qanunvericiliyi ilə tənzimlənir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*