Beniamin Matevosyan: “Cənubi Qafqaz tezliklə Türkiyənin nüvuz dairəsinə veriləcək”backend

Beniamin Matevosyan: "Cənubi Qafqaz tezliklə Türkiyənin nüvuz dairəsinə veriləcək"

“Türkiyə Zəngəzur dəhlizini ələ keçirdi, burada isə  İran və Ermənistan günahkardır”.

Erməni  politoloq Beniamin Matevosyanın fikrincə bu bəyanat tezliklə, Vaşinqton tərəfindən sslənə bilər:

“Qərbpərəstlər  Ermənistan cəmiyyətini Türkiyənin Suriyada baş verənlərlə heç bir əlaqəsi olmadığına inandırsa da, Donald Tramp açıq şəkildə bəyan edir ki, Əsəd rejiminin devrilməsinin arxasında məhz Türkiyə dayanır. Trampın fikrincə, baş verənlər normaldır və  bu, başqa bir iş üsuludur. Eyni zamanda Tramp qeyd edib ki, Bəşər Əsəd  qəssab olub. Başqa sözlə, Tramp baş verənlərə görə Əsədin özünün günahkar olduğunu bildirib. Aydındır ki, Əsəd rejiminin devrilməsi rəsmi Tehrana zərbədir. Əgər Tramp İranı zəiflətməyə davam etmək istəyirsə, deməli, bunda Türkiyənin mühüm rolu var”.

Daha sonra Türkiyənin regionda artan nüvuzundan danışan erməni ekspert hesab edir ki,  Cənubi Qafqaz tezliklə Türkiyənin nüvuz dairəsinə veriləcək. Ankaranın və rəyini nəzərə almadan hər hansı siyasi addım atmaq mümkün olmayacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*