Bəraətləri ilə seçilən hakim Bakı Ağır Cinayətlər Məhkəməsindən kənarlaşdırıldıbackend

Bəraətləri ilə seçilən hakim Bakı Ağır Cinayətlər Məhkəməsindən kənarlaşdırıldı

Binəqədi Rayon Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunan hakim  Aygün Qurbanovanın buradakı səlahiyyət müddəti artırılmayıb.

KONKRET.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, Aygün Qurbanova ilə yanaşı, digər rayon məhkəmələrindən  hakim çatışmamazlığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunan hakimlərin səlahiyyət müddəti daha 1 il artırılıb.

Aygün Qurbanovaya gəlincə, Gununsesi.info maraqlı məlumat əldə edib.

Məlumata görə, Aygün Qurbanova ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində ən çox bəraət verən hakim olub.

Onun səlahiyyət müddətinin artırılmaması isə özünün təəccübünə səbəb olub” deyə mənbəmiz bildirib.

İddialara görə, Aygün Qurbanovanın səlahiyyət müddətinin artırılmamasına əsas səbəb də onun çıxardığı bəraət hökmləri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*