Cinayət törədilən gün qız gələcək qatilin evində narkotikdən istifadə edibmiş.
Amerikalı model Esmeralda Qonsales dünən Nevada səhrasında ölü tapılıb. KONKRET.az xarici mətbuata istinadən bildirir ki, onun cəsədi betonla doldurulmuş taxta qutuda tapılıb.
24 yaşlı model beş ay əvvəl itkin düşmüşdü. Polis qızın zəhərlənmədən ölməsini müəyyən edib, meyitin boğazındakı izlər isə onu boğmağa çalışdıqlarını da gstərib.
Cinayətdə şübhəli bilinən mərhumun 45 yaşlı qonşusu Kristofer Prestipino saxlanılıb. Müstəntiqin ehtimalına görə, qətl günü Qonsales təcavüzkarın evində narkotikdən istifadə eedib. Qeyd olunur ki, bundan sonra özünü qəribə aparmağa başlayıb və Prestipino onu qollarından yatağa qandallayıb. Qonsalesi sərbəst buraxdıqda, qız qonşusunun üzünə şillə vurub, bundan sonra Kristofer qızı boğmağa çalışıb, lakin model tam ayıldığı üçün Prestipino onu hovuz təmizləyicisi ilə zəhərləyib və nəticədə Qonsales ölüb.
Vilayət baş prokurorunun müavini Pamela Vekkerli hesab edir ki, “Prestipino bir yük maşını icarəyə götürərək, qurbanın cəsədini içinə qoyub və səhraya üz tutub”. Onun fikrincə, cinayətdə Kassandra Baskonesin də günahı ola bilər, yəni Kristofer cinayəti tək törətməyib, amma Kassandra hələa zadlıqdadır.
Kristofer isə hazırda qətl, qaçırma və öldürmək üçün sui-qəsd şübhəsi ilə həbs olunub.
